Nazir müavini
2022-ci ilin iyul ayından Azərbaycan Respublikasının səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmiş, səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini təmin etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 06 İyul 2026-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. Səhiyyə nazirinin müavini kimi onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxildir.
Hacıəlibəyov Rüfət Cahangir oğlu 02 oktyabr 1971-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 39 nömrəli məktəbdə alıb. 1996-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını geofizika mühəndisliyi ixtisası üzrə bitirib.
1996-2001-ci illərdə “Xerox” şirkətində kommersiya nümayəndəsi vəzifəsində çalışıb.
2001-2012-ci illərdə “Hewlett-Packard” şirkətinin Azərbaycan nümayəndəlində korporativ meneceri kimi fəaliyyət göstərib, son səkkiz il direktor vəzifəsində çalışıb.
2012-2016-ci illərdə “Microsoft“ şirkətinin Azərbaycan nümayəndəlinin direktoru, 2016-2022-ci illərdə “SAP” şirkətinin Azərbaycan nümayəndəlinin direktoru vəzifəsində çalışıbdır.
Əsas fəaliyyəti ilə yanaşı, Azərbaycanın rəqəmsallaşma sahəsində biznes və akademik mühitinin inkişafında da fəal iştirak edir. O, KOBİA yanında innovativ startapların inkişafı üzrə 2021-2022 illərdə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.
Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Rus, ingilis və türk dillərini sərbəst bilir.