Azərbaycan Respubilkası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 nömrəli Körpələr Evi 1938-ci ildən fəaliyyət göstərir. 1 Nömrəli körpələr Evi valideyin himayəsindən məhrum olmuş və atılmış uşaqların sosial müdafiəsini, təlim-tərbiyəsini və inkşafını təmin edən bir uşaq müəssisəsidir. Burada uşaqlara təhlükəsiz yaşayış şəraiti, psixoloji dəstək və sosial bacarıqlarını inkişafı üçün lazımi şərait yaradılır. Məqsədimiz uşaqların sağlam böyüməsini təmin etməkdir. Müəssisədə peşəkar tərbiyəçilər, tibb bacıları, psixoloq və digər işçilər çalışaraq hər bir uşağın fərdi ehtiyaclarını nəzərə alır, onların həm emosional, həm də sosial inkşafına dəstək olur.