Təkmilləşdirmə kursu, ixtisas və köçürülmə ilə bağlı
Mən mamalıq işi ixtisası üzrə təhsil almışam, tibb bacısı işi ixtisası üzrə fəaliyyət göstərə bilərəm?
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində vəzifələrin nomenklaturası siyahısına uyğun olaraq mamalıq işi ixtisası üzrə təhsil alan orta tibb işçisi tibb bacısı vəzifəsində fəaliyyət göstərə bilər.
Mən tibb bacısı işi ixtisası üzrə təhsil almışam ancaq ixtisasım üzrə praktik fəaliyyətdə olmamışam. Bu halda təkmilləşdirmə kursu keçə bilərəm?
Beş ildən artıq ixtisası üzrə praktik fəaliyyət ilə məşğul olmayan şəxslər peşə hazırlığı keçməlidirlər. Siz peşə hazırlığı keçdikdən sonra sertifikasiya oluna bilərsiniz. Peşə hazırlığı keçmək üçün müvafiq sənədlərin surətini təqdim etməklə (şəxsiyyət vəsiqəsi, orta ixtisas tibb təhsil haqqında sənəd, notarial qaydada təsdiq olunmuş əmək kitabçası) 2 nömrəli Bakı Baza Tibb Kollecinə müraciət etməlisiniz.