Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Səhiyyə Nazirliyində ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Səhiyyə naziri Teymur Musayev qonaqları salamlayaraq Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən səhiyyə istiqamətində uğurla inkişaf etdiyini vurğulayıb. Nazir, səhiyyə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin, tibb təhsili, səhiyyənin idarə olunması, rəqəmsal həllər, tibb xidmətlərinin təşkili və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Teymur Musayev Azərbaycanda son illərdə səhiyyə sistemində həyata keçirilən islahatlar, o cümlədən rəqəmsallaşdırma, tibbi infrastrukturun müasirləşdirilməsi və əhalinin keyfiyyətli tibb xidmətlərinə çıxışının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib.

O, tibb təhsili, mütəxəssis hazırlığı, tibb xidmətlərinin təşkili, rəqəmsal səhiyyə və sağlamlıq turizmi istiqamətlərində təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edib.

Görüş zamanı səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, tibb işçilərinin qarşılıqlı təlim proqramlarında iştirakı, tibbi elmi-tədqiqat istiqamətində əlaqələrin inkişafı, sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son yenilənmə tarixi : 2026-07-03 16:41
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.