Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşüb

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) Avstriya Çoxölkəli Ofisinin (AUMCO) direktoru, missiya rəhbəri Simonetta Siliqato ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə UNOPS arasında uzunmüddətli əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr, gələcək birgə layihələr və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi ilə UNOPS arasında əməkdaşlıq 2005-ci ildən davam edir. Bu müddət ərzində səhiyyə sahəsində müxtəlif istiqamətlər üzrə bir sıra layihələrin həyata keçirilməsində qarşılıqlı əməkdaşlıq və koordinasiya təmin olunub.

Teymur Musayev Azərbaycan Respublikasının səhiyyə sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Nazir səhiyyə sisteminin inkişafı, müasir tibbi texnologiyaların və həllərin tətbiqi, infrastrukturun təkmilləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində beynəlxalq təcrübədən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.

Həmçinin, UNOPS-un Azərbaycanla əməkdaşlığının mövcud istiqamətlərinin daha da inkişaf etdirilməsi, səhiyyə sahəsində yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə UNOPS-un Tərəfdaşlıq üzrə məsləhətçisi Konstantin Yeqorov və UNOPS-un Azərbaycan üzrə Tərəfdaşlıq əlaqələndiricisi Dinara Quliyeva da iştirak ediblər.

Son yenilənmə tarixi : 2026-09-10 17:38
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.