Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Teymur Musayev Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, bu səfərlər zamanı aparılmış müzakirələrin iki ölkə arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Nazir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə, o cümlədən səhiyyə sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. O, ölkəmizdə səhiyyə sisteminin modernləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal səhiyyə həllərinin tətbiqi istiqamətində həyata keçirilən islahatlardan bəhs edib.

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Haciri göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.
Tərəflər görüş zamanı səhiyyə sahəsində əməkdaşlığın cari vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə müzakirə ediblər. Xüsusilə innovativ tibbi texnologiyaların tətbiqi, səhiyyə infrastrukturunun inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsal səhiyyə sistemlərinin qurulması diqqət mərkəzində olub. Bununla yanaşı, tibbi kadrların hazırlanması və ixtisasartırma proqramları, tədqiqat və innovasiya sahəsində əməkdaşlıq, eləcə də qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və konkret layihələr üzrə işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Son yenilənmə tarixi : 2026-04-29 12:43
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.