Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun növbəti iclası keçirilib

Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun növbəti iclası keçirilib. İşçi qrup, Azərbaycan Respublikası Prezidentinin “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tələblərini yerinə yetirmək məqsədilə səhiyyə nazirinin müvafiq Əmri ilə yaradılıb.

Səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən İşçi qrupun növbəti iclasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyət müzakirə olunub. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin təmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasir avadanlıqlarla təchizat və kadr hazırlığı ilə bağlı yanaşmalar müzakirə edilərək vahid strategiyanın hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin, “Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya uyğun olaraq əhaliyə göstəriləcək əhatəli, əlçatan və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün tibbi xidmətin planlaşdırılması, strateji hədəflər və fəaliyyət istiqamətində müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşib və müvafiq tapşırıqlar verilib.

Son yenilənmə tarixi : 2025-10-07 17:38
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.