Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirilib.
Görüş zamanı Azərbaycan və İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər tibb elmi, mütərəqqi texnologiyaların tətbiqi, kadr hazırlığı və səhiyyə sistemində rəqəmsallaşma istiqamətlərində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev İsrailin səhiyyə sistemində tətbiq olunan qabaqcıl təcrübənin ölkəmiz üçün maraqlı olduğunu qeyd edərək, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini bildirib. Xüsusilə tibbi təhsil, xəstəxanaların idarə edilməsi, teletibb, farmaseptika, tibbi texnologiyalar və tibbi turizm kimi sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi, habelə iki ölkənin aparıcı tibbi mərkəzləri və elmi-tədqiqat institutları arasında birbaşa əlaqələrin genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Səfir Ronen Krausz öz növbəsində İsrail-Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, səhiyyə sahəsində əməkdaşlığın da bu münasibətlərin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son yenilənmə tarixi : 2025-10-17 15:06
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.