Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində işğaldan azad olunmuş ərazilərdə tibb xidmətlərinin təşkilinə dair işçi qrupunun növbəti iclası keçirilib

Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İşçi qrup, Azərbaycan Respublikası Prezidentinin “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına dair tapşırıqların icrası ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq Əmri ilə yaradılıb.

Səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən İşçi qrupun növbəti iclasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyətlə bağlı aparılmış monitorinqlər və qiymətləndirmənin cari vəziyyəti müzakirə olunub.
Bununla bağlı, iclasda Səhiyyə Nazirliyi tərəfindən aparılmış təhlil, ictimai səhiyyə, təcili, təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış tibbi xidmətin təşkili ilə bağlı Strateji Baxışa dair təqdimat edilib.

“Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya uyğun olaraq əhaliyə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının təmin edilməsi, həmçinin aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Eyni zamanda, mülki və hərbi tibbi infrastrukturun səmərəli istifadəsi məqsədilə çarpayı fondunun optimallaşdırılması, əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirin qurulması, əhali və tibb işçiləri arasında psixo-sosial dəstək işinin aparılması və tibbi savadlılığın artırılması məsələlərinə də toxunulub.

Aparılan monitorinqlər nəticəsində İşğaldan azad edilmiş ərazilərdə tibb müəssisələrinin fəaliyyətinin bərpası, səyyar tibbi xidmətlərin genişləndirilməsi, tibb müəssisələrinin kadrlarla təmini, tibbi heyətin fəaliyyətinin stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib.

Səhiyyə naziri Teymur Musayev çıxışında qeyd edib ki, Böyük Qayıdış Proqramının səhiyyə komponenti prioritet sahələrdən biridir və əhalinin sağlamlığının qorunması, keyfiyyətli tibbi yardımın fasiləsiz təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. İşçi qrupu bu sahədə koordinasiyanı gücləndirmək və effektiv həll yolları tapmaq məqsədilə müntəzəm olaraq fəaliyyət göstərir.

Sonda qarşıda duran vəzifələrin icrası ilə bağlı növbəti addımlar müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin təşkilini davam etdirəcək və bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirəcək.

Son yenilənmə tarixi : 2026-03-13 09:35
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.