Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində "Pfizer" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində "Pfizer" şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, koronavirus pandemiyası zamanı ölkəmizdə 4 tanınmış vaksin şirkətlərinin peyvəndləri tətbiq olunub. Nazir qeyd edib ki, bu vaksinlərdən biri də “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd olub. Görüşdə bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer-BioNTech” vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib.
Teymur Musayev, həmçinin ölkə əhalisinin sağlamlığı üçün əhəmiyyətli olan digər vaksinlərin də Azərbaycanda tətbiqi məsələlərinin müzakirəsinə də səhiyyə nazirliyinin hazır olduğunu bildirib.

Görüşdə "Pfizer" şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkov qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələr sırasında olub. Belə ki, Azərbaycan Hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri aradan qaldırmaq üçün operativ və uğurlu tədbirlər həyata keçirib.

Görüşdə Səhiyyə Nazirliyi ilə "Pfizer" şirkəti arasında qarşılıqlı əməkdaşlıq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.

Son yenilənmə tarixi : 2025-07-17 12:48
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.