SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyinin həkim mütəxəssisləri özbəkistanlı həmkarları ilə birgə cərrahi əməliyyatlar aparırlar

Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan Səhiyyə Nazirliklərinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" davam edir.
Dekada çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyinin və digər səhiyyə müəssisələrinin 14 yüksək ixtisaslı həkimləri özbəkistanlı həmkarları ilə birgə əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə, yüksək peşəkarlıqla müxtəlif cərrahiyyə əməliyyatları icra edəcək, müayinə və müalicələri həyata keçirəcəklər.
Cərrahiyyə əməliyyatları paytaxt Daşkəndlə yanaşı, Özbəkistanın Səmərqənd, Xarəzm, Buxara, Nəvai və digər bölgələrində aparılır.
Tibbi prosedurlar neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya və oftalmologiya, ağır rekonstruktiv əməliyyatlar kimi sahələri əhatə edir.
Qeyd edək ki, Daşkənd, Səmərqənd, Cizak və Sırdərya vilayətlərində uşaq cərrahiyyəsi, transplantologiya əməliyyatları artıq uğurla başa çatıb.

Sırdərya və Buxara vilayətlərində oftalmologiya və gözün mikrocərrahiyyəsi prosedurları da icra olunub.

Səmərqənd, Buxara və Nəvai vilayətlərində travmatologiya və ortopediya, Namangəh və Xarəzm vilayətlərində isə onkologiya, oftalmologiya kimi əməliyyatlar həyata keçirilib.

Həmçinin, bud-çanaq total endoprotez, diz oynağının total artoplastikası, böyrək transplantasiyası, skolioz deformasiyası və digər mürəkkəb əməliyyatlar da müsbət nəticələrlə tamamlanıb.

İcra olunan birgə cərrahiyyə əməliyyatları Özbəkistanın müxtəlif aparıcı media resurslarında geniş şəkildə işıqlandırılır.

Oktyabr ayının 11-ə kimi davam edəcək "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində 100-dən artıq birgə cərrahiyyə əməliyyatlarının icrası planlaşdırılır.
Bu layihə iki qardaş ölkənin səhiyyə sahəsindəki əlaqələrini yeni müstəviyə keçirir. Birgə fəaliyyət iki ölkənin praktiki tibbi təcrübə mübadiləsinin keyfiyyətcə yeni istiqamətdə inkişafına şərait yaradır. Həmçinin, vahid məkanda birgə əməliyyatların real vaxt rejimində aparılması, səhiyyə və tibbi peşəkarlığın artırılmasına xidmət edir.
"Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində icra olunan birgə cərrahi əməliyyatlar səhiyyə sahəsində uğurlu bir tarixin başlanğıcıdır.
Belə tədbirlər ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə önəmli töhfələr verir.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.