SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan Səhiyyə Nazirliyində Dünya Bankının Texniki Yardım Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ölkəmizdə işgüzar səfərdə olan Dünya Bankının Texniki Yardım Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycanın dünyanın ən nüfuzlu maliyyə institutu olan Dünya Bankı ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğuladı: “Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Nazir rəqəmsal texnologiyalardan istifadəni səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini bildirdi: “Səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir”.

Onun sözlərinə görə, son zamanlar Səhiyyə Nazirliyinin Dünya Bankının missiyaları ilə mütəmadi olaraq keçirilən görüşləri əməkdaşlığın yüksək xəttlə inkişaf etməsinə təkan verir. Sonda nazir əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Dünya Bankının səhiyyə üzrə aparıcı iqtisadçısı Driss M. Zine-Eddine El-İdrissi təmsil etdiyi beynəlxalq təşkilatın ölkəmiz ilə səmərəli əməkdaşlığını vurğularaq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirib.

Qeyd edək ki, Texniki Yardım Missiyasının əsas məqsədləri Dünya Bankının təminatçının ödəniş sistemi və e-Səhiyyə üçün tələb olunan qanunvericilik dəyişiklikləri ilə bağlı texniki qiymətləndirmələrini və tövsiyələrini Səhiyyə Nazirliyinə və ölkəmizin digər səhiyyə qurumlarının təqdim etmək; Dünya Bankının komandası tərəfindən aparılan texniki qiymətləndirmələrin və təminatçının ödəniş sistemi və e-Səhiyyə üçün zəruri olan qanunvericilik dəyişikliklərinin variantları ilə bağlı tövsiyələrə dair məlumat mübadiləsi və məlumatlandırma üçün seminar keçirmək və s.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.