İnformatika və Statistika İdarəsinin əsas vəzifələri:
1) Respublika əhalisinə göstərilən tibbi yardımın vəziyyəti, dinamikası və keyfiyyətinin qiymətləndirilməsi barədə məlumatların tərtib olunması, müalicə-profilaktika müəssisələrinin fəaliyyəti haqqında hesabat sənədlərinin proqramı həcmində tibbi statistik məlumatların toplanması, işlənib hazırlanması və təhlil edilməsi;
2) Respublika səhiyyə müəssisələrinin bütün statistik informasiya, epidemioloji analiz və tədqiqat xidməti bölmələri üzərində təşkilati-metodik rəhbərliyinin həyata keçirilməsi, informatika və tibbi statistika mütəxəssislərin peşə ixtisaslarının artırılması;
3) Əhalinin sağlamlığı vəziyyətinin və demoqrafik proseslərin öyrənilməsi;
4) Müalicə-profilaktika müəssisələri üçün Respublika Dövlət Statistika komitəsi tərəfindən təsdiq olunmuş ilkin qeydiyyat formalarında və hesabat sənədlərində məlumatlarının doğruluğunun təmin olunması.