Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının 30 aprel 2026-cı il tarixində “Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.
İclasda 2026-cı il üzrə Fəaliyyət Planı əsasında əsas icraçı qurumların rüblük hesabatları dinlənilib həmçinin, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində mövcud problemlər, aparılmış islahatlar barədə iştirakçılara məlumat verilib.
Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən 2026-cı ilin ilk 3 ayı ərzində görülmüş işlər barədə işçi qrupunun katibi, nazirliyin nümayəndəsi tərəfindən məlumat təqdim edilib. TƏBİB tərəfindən də ölkədə dializ xidməti, görülmüş işlər barədə hesabat diqqətə çatdırılıb.
Sonda sədr növbəti iclas barədə müvafiq tapşırıqlar verərək, gündəliyə salınacaq mövzuları qeyd edib.