Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Aprelin 24-də Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsi (HTBİ) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. DTX-nin Hərbi-tibb baş idarəsinin inzibati binasında keçirilən mərasimdə İnstitutun rektoru, tibb elmləri doktoru, professor Nazim Pənahov, Hərbi-tibb baş idarəsinin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev, elmi ictimaiyyətin nümayəndələri, baş idarənin kollektivi və digər qonaqlar iştirak etmişlər.

Mərasimdə giriş sözü ilə çıxış edən tibb xidməti general-mayoru Rüfət Əliyev Hərbi-tibb baş idarəsinin fəaliyyət istiqamətləri, genetik araşdırmalar və elmi tədqiqat məsələləri barədə məlumat vermiş, HTBİ-də həkim-mütəxəssislərin və digər tibb işçilərinin peşəkar hazırlığının daha da artırılması üçün davamlı tibbi təhsilin əhəmiyyətindən bəhs edib. ADHTİ-nin ölkəmizin səhiyyə sistemi üçün mütəxəssis hazırlığında xüsusi rol oynadığını, institutun inkişafının görkəmli alim və dövlət xadimi Əziz Əliyevin adı ilə sıx şəkildə bağlı olduğunu vurğulayıb. Akademiklər Zərifə Əliyeva, Mirməmməd Cavadazadə, Cəmil Əliyev və digər alimlərin fəaliyyətinin institutun ən parlaq səhifələrindən olduğunu bildirib. İnstitutda son dövrlər elmi-pedaqoji fəaliyyətin gücləndirildiyini, innovativ tədris metodlarının tətbiq edildiyini və tibbi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən işlərdən söz açmışdır.

Əziz Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahov institutun böyük elmi irsə və ənənələrə malik qədim elmi müəssisə kimi səhiyyə sisteminə qazandırdığı nailiyyətlərdən danışmış, davamlı tibbi təhsilin təşviqi istiqamətində institutun uğurla irəlilədiyini vurğulamışdır. İnstitutun keçdiyi şərəfli yol və beynəlxalq əməkdaşlıq əlaqələri barədə geniş söz açmış, tanınmış alimlərin institutun geniş şöhrət qazanmasındakı rolunu qeyd etmişdir. Anlaşma Memorandumunun imzalanmasının tibb işçilərinin peşəkarlığının daha da artırılması, qarşılıqlı faydalı əməkdaşlığın qurulması və birgə layihələrin icrası üçün yaxşı perspektivlər yaratdığını bildirmişdir.

Son yenilənmə tarixi : 2026-04-30 17:53
Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.