Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsi Torres Avilla ilə görüşüb.

Toplantını giriş sözü ilə açan səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Kuba hökumətinə və tibb heyətinin rəhbəri professor Dalsi Torres Avillanın timsalında pandemiya ilə mübarizədə ölkəmizə dəstək olanlara təşəkkürünü bildirib. O, gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Teymur Musayev həmçinin ölkəmizdə vaksinasiyanın mərhələli, sürətlə davam etdiyini və qısa müddətdə müsbət nəticəyə nail olacağımıza inandığını qeyd edib.

Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo çıxışında pandemiya ilə mübarizədə ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının tədbirlərində fəal iştirak etdiyini vurğulayaraq, Azərbaycan təcrübəsinin dünyada nümunəvi olduğunu diqqətə çatdırıb. Kubalı səfir bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.

Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsi Torres Avilla öz növbəsində yaradılan şəraitə və göstərilən diqqətə görə rəhbərlik etdiyi heyət adından təşəkkürünü bildirib. Kubalı professor koronavirusa qarşı qazanılan uğurun birgə əməyin nəticəsi olduğunu vurğulayıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədəuyğunluğu vurğulanıb.

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.