SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Ətraflı məlumat

Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilmişdir. Bu Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir.

Davamlı tibbi təhsil– praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesi olub, ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrü davam edir.

Davamlı tibbi təhsil təkmilləşdirmə kursları və toplanma sistemi metodlarından birgə yaxud ayrılıqda istifadə edilməklə həyata keçirilir və onun zəruri miqdarının hesablanması davamlı tibbi təhsilin kreditləri vasitəsilə həyata keçirilir. Təkmilləşdirmə kursları Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən əyani və distant formada keçirilir. Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir.

Davamlı tibbi təhsilin tətbiqinin ilk 5 ili (2018-2022-ci illər) keçid dövrü hesab olunur. Keçid dövrü səhiyyə ictimaiyyətini davamlı tibbi təhsilin səmərəli tətbiqinə hazırlamaq məqsədi daşıyır. Keçid dövründə həkim sertifikasiya dövrünün (həkimə sertifikasiya üzrə şəhadətnamənin verildiyi tarixdən 5 il müddətinə olan dövrün) hər ili üçün təkmilləşdirmə kursları və (və ya) toplanma sistemi metodları vasitəsi ilə minimum 48 davamlı tibbi təhsil krediti toplamalıdır.

Həkimin davamlı tibbi təhsil üzrə sertifikasiya dövrü ərzində fəaliyyəti onun tərəfindən tərtib olunmuş növbəti hesabat ilinə nəzərdə tutulmuş fərdi peşəkar inkişaf planı əsasında həyata keçirilir və hesabat ilinin başa çatmasından sonra peşəkar inkişafın illik hesabatında əks olunur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 27.09.2017-ci il tarixli 25 nömrəli qərarı ilə “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” təsdiq edilmişdir. “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” Azərbaycan Respublikasının səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətləri və digər müəssisə və təşkilatları tərəfindən keçirilən davamlı tibbi təhsil üzrə tədris və elmi tədbirlərin, proqramların akkreditasiyasını tənzimləyir. Bu Qaydalarda tədbirlərin akkreditasiyası meyarları müəyyən edilmişdir.

Tədbirlərin akkreditasiyası − onların “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları”nda müəyyən edilmiş meyarlara uyğunluğunun müəyyən edilməsi və bu tədbirlərin müvafiq kredit sayı ilə təmin edilməsindən ibarət olub, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən həyata keçirliir. Akkreditasiya üçün müraciətlər Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Davamlı tibbi təhsil” bölməsinin müvafiq keçidi (“Davamlı tibbi təhsil tədbirlərin akkreditasiyası üçün müraciət”) vasitəsi ilə qəbul edilir.

BMT-nin təşkilatları, beynəlxalq səviyyədə DTT üzrə akkreditasiya olunmuş təşkilat və müəssisələr tərəfindən bilavasitə, yaxud onların təşkilatçılığı ilə Azərbaycan Respublikasında, yaxud xarici dövlətdə keçirilən tədbirlər nazirlik tərəfindən akkreditasiya olunmuş DTT tədbirləri kimi tanınır.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.