SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Sual-cavab

Davamlı tibbi təhsilin məqsədi nədir?

Davamlı tibbi təhsilin məqsədi praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsi yolu ilə əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

Kreditlərin hesablanması və təsdiqi necə həyata keçirilir?

Kreditlərin hesablanması aşağıdakı qaydada həyata keçirilir:

- hesabat ilində toplanmış kreditlər həkimin fərdi peşəkar inkişafının illik hesabatında əks etdirilir, kreditlərin hesablanması elektron sistem tərəfindən aparılır;

- fərdi peşəkar inkişafın illik hesabatı həkimin işlədiyi müəssisənin rəhbəri tərəfindən təsdiq olunur.

Davamlı tibbi təhsil üzrə tədris və elmi tədbirlərin akkreditasiyası nə deməkdir və hansı qurum tərəfindən həyata keçirilir?

Tədbirlərin akkreditasiyası − onların “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları”nda müəyyən edilmiş meyarlara uyğunluğunun müəyyən edilməsi və bu tədbirlərin müvafiq kredit sayı ilə təmin edilməsindən ibarət olub, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən həyata keçirliir.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.