Bu xidmət vasitəsilə Qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu verilməsi mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin esehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır.
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə, “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. (Şəkil 2)
İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır. “Yeni ərizə” bölməsinə daxil olduqda açılan pəncərədə istifadəçi fiziki və ya hüquqi şəxs olması barədə məlumat verməlidir. (Şək:3)
İstifadəçi fiziki şəxs olarsa aşağıdakı məlumatları daxil etməlidir: (şəkil 4)
- yaşayış və fəaliyyət ünvanı,
- ev, iş, yaxud mobil telefon nömrəsi
- faks, elektron poçt
- VÖEN
Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.
Daha sonra aşağıdakı sənədləri “Yüklə” düyməsindən istifadə etməklə ərizəyə yükləmək lazımdır. (Şəkil 5)
1. Avtonəqliyyat vasitəsinin texniki pasportunun elektron formada surəti
2. Avtonəqliyyat vasitəsinin ərizəçiyə mənsubiyyəti (etibarnamə və s.) haqqında sənədin elektron formada surəti
Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur.
Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.