Bu xidmət vasitəsilə tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiniz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin, “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır. (Şəkil 2)
“Yeni ərizə”bölməsinə daxil olduqda açılan pəncərədə “Şəxsi məlumatlar” hissəsində aşağıda göstərilən məlumatları qeyd etmək lazımdır: (şəkil 3)
- Yaşayış ünvanı
- Fəaliyyət ünvanı
- Telefon nömrələri
- Digər əlaqə vasitələri
Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.
Ən sonda ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir:
- Ali təhsil haqqında sənəd (diplom) (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla), işə buraxılma haqqında şəhadətnamə də daxil olmaqla)
- İxtisaslaşma haqqında sənəd (olduğu halda)
- Sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla)
- Əmək kitabçası (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)
- İnternatura, rezidentura və ordinantura keçməsi haqqında sənəd
Lazimi sənədlərin elektron surətini yüklədikdən sonra “Yadda saxla və Təsdiq et” düyməsini vurmaqla ərizəni göndərə bilərsiz. (Şəkil 4)
Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.