Səhiyyə Nazirliyində Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, hər bir sahədə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də iki ölkə arasında yüksəksəviyyəli əməkdaşlııq mövcuddur: “Uzun illər ərzində tibb sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün səmərəli işlər görülüb. Belə ki, ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlıq həyata keçirilir, tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılıb. Eyni zamanda, Azərbaycan Tibb Universiteti Türkiyənin nüfuzlu tibb universitetləri ilə elmi əməkdaşlığı genişləndirir, müxtəlif istiqamətdə ortaq layihələr icra olunur. Bundan başqa, ölkələrimizin mütəxəssis və həkimləri üçün təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil olunur. Səhiyyə sahəsində əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur. Belə ki, güclü maddi-texniki baza ilə yanaşı, savadlı mütəxəssislərə də ehtiyac var. Türkiyədə tibb texnologiyası ən innovativ və sürətlə inkişaf edən sənayelərdən biridir. Hazırda Azərbaycanda tibbi avadanlıqlar üzrə mühəndislərin yetişdirilməsinə tələbat mövcuddur”.

Teymur Musayev qardaş Türkiyə tərəfinə pandemiyaya qarşı mübarizədə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Çıxışının sonunda nazir gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində səfir Cahid Bağçı qeyd edib ki, Azərbaycan və Türkiyə yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır. Onun sözlərinə görə, hər iki ölkədə virusa qarşı peyvəndləmə sürətlə aparılır.

Cahid Bağçı həmçinin 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə ən müasir tibb müəsissələrinin yaradılmasında Türkiyənin köməyini əsirgəməyəcəyini söyləyib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə sahəsində əməkdaşlıq və birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb, tərəflər əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin nəticələrindən bəhs olunub.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.