Kollec 1975-1987 illərdə Bakı 2 nömrəli Tibb məktəbi, 1988-2009 illərdə Bakı 2 saylı Baza Tibb məktəbi adı altında fəaliyyət göstərirdi. Azərbaycan Respublikası Prezidentinin 14.06.2007-ci il tarixli 589 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18.06.2007-ci il 68 nömrəli əmri ilə orta tibb işçilərinin “İxtisasartırma və təkmilləşmə kursları” ləğv edilmiş və onun səlahiyyətlərinin icrası Bakı 2 saylı Baza Tibb məktəbinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.06.2010-cu il 112 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25.06.2010-cu il tarixli 47 nömrəli əmri ilə Bakı 2 saylı Baza Tibb Məktəbi 2 nömrəli Bakı Baza Tibb Kolleci adlandırılmışdır.
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində altı ixtisas üzrə orta tibb kadrlarının hazırlanması həyata keçirilir:
- Tibb bacısı (qardaşı) işi
- Mamalıq işi
- Əczaçılıq
- Ortopedik stomatologiya
- Laboratoriya diaqnostikası
- Tibbi profilaktika
Kollecdə, həmçinin orta tibb işçilərinin və əczaçıların diplomdan sonrakı təhsili üzrə təkmilləşdirmə şöbəsi fəaliyyət göstərir. Şöbə orta tibb işçilərinin və əczaçıların peşə bilik və bacarıqlarının təkmilləşdirilməsinə, ixtisas üzrə biliklərinin yenilənməsinə və peşəkar inkişafının dəstəklənməsinə xidmət edir.