SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Bu xidmət vasitəsilə ionlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitarepidemioloji rəyin verilməsi üçün müraciət və sənədlərin qəbulu mümkündür.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin esehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “İonlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloji rəyin verilməsi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)

Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. (Şəkil 2)

İstifadəçi “Yeni ərizə” bölməsinə daxil olaraq yeni ərizə göndərə bilər. “Yeni ərizə” bölməsinə daxil olduqda açılan pəncərədə istifadəçi fiziki və ya hüquqi şəxs olması barədə məlumat verməlidir. (Şək:3)

İstifadəçi fiziki şəxs olarsa aşağıdakı məlumatları daxil etməlidir:

  • yaşayış və fəaliyyət ünvanı,
  • ev, iş, yaxud mobil telefon nömrəsi
  • faks, elektron poçt
  • VÖEN

(Şəkil 4)

Növbəti mərhələdə istifadəçi baxılan obyektin təyinatı və tibbi müayinədən keçməyi haqqında məlumat daxil etməlidir. Daha sonra istifadəçi aşağıdakı sənədləri “Yüklə” düyməsindən istifadə etməklə sistemə yükləməlidir:

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin ionlaşdırıcı şüa mənbənin gətirilməsinə icazəsinin elektron formada surəti
  • Müraciət edən təşkilat tərəfindən radiasiya təhlükəsizliyi üzrə cavabdeh şəxsin təyini barədə əmrin elektron formada surəti
  • Müraciət edən təşkilat tərəfindən radiasiya təhlükəsizliyi üzrə cavabdeh şəxsin təyini barədə əmrin elektron formada surəti

(Şəkil 5)

Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.

İstifadəçi hüquqi şəxs olduqda müəssisə rəhbərinin adını, soyadını, atasının adını, hüquqi şəxsin adını, təşkilatın hüquqi formasını, hesablaşma hesabının olduğu bankı, hesablaşma hesabının nömrəsini və s. barədə məlumatlar daxil edilməlidir Növbəti mərhələdə istifadəci “Şəxsi məlumatlar” bölməsində yaşayış ünvanını, fəaliyyət ünvanını, ev və ya iş telefon nömrələrini, mobil telefon nömrəsini və VEÖN barədə məlumatlar daxil etməlidir.(Şək:7)

Daha sonra istifadəçi tibbi müayinədən keçməyi haqqında məlumat daxil etməlidir. İstifadəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ionlaşdırıcı şüa mənbənin gətirilməsinə icazəsinin elektron formada surəti, müraciət edən təşkilat tərəfindən radiasiya təhlükəsizliyi üzrə cavabdeh şəxsin təyini barədə əmrin elektron formada surəti və s. sənədlər “Yüklə” düyməsindən istifadə etməklə yükləməlidir.

Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur.

Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.

Удалось ли вам получить полезную информацию с этой страницы?

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.