SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Bu xidmət vasitəsilə Tikinti üçün torpaq sahəsinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğuna dair rəyin verilməsi mümkündür.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Tikinti üçün torpaq sahəsinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğuna dair rəyin verilməsi” elektron xidmətini seçmək lazımdır. ( Şəkil 1)

Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə, “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır. (Şəkil 2)

“Yeni ərizə” bölməsinə daxil olduqda açılan pəncərədə istifadəçi fiziki və ya hüquqi şəxs olması barədə məlumatı seçimlə qeyd edib davam etməlidir. (Şəkil 2)

İstifadəçi fiziki şəxs olarsa aşağıdakı xanalar doldurulmalıdır:

1.Şəxsi məlumatlar:

  • Yaşayış ünvanı
  • Fəaliyyət ünvanı
  • Telefon nömrələri
  • Digər əlaqə vasitələri
  • Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

2.Obyekt haqqında məlumatlar

  • Layihəsi baxılan obyektin təyinatı

(Şəkil 3)

Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.

Növbəti mərhələdə isatifaəçi Tikinti üçün ayrılan torpaq sahəsinin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının sorğu məktubunun elektron formada surətini “Yüklə” düyməsindən istifadə etməklə yükləməlidir. (Şəkil 5)

Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur.

Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.

Удалось ли вам получить полезную информацию с этой страницы?

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.