Bu xidmət vasitəsilə Tibb kadrlarının vahid registrindən məlumatın alınması mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Tibb kadrlarının vahid registrindən çıxarış” elektron xidmətini seçmək lazımdır. ( Şəkil 1)
Xidməti seçdikdən sonra vahid informasiya sistemindən şəxsiyyət vəsiqəsindəki Fərdi İdentifikasiya Nömrəsi (PİN) əsasında tibb kadrı haqqında ətraflı məlumat əldə etmək mümkündür.
Burada siz aşağıdakı məlumatları görə və çap edə bilərsiniz:
- Şəxsi məlumat
- İş fəaliyyəti
- Təhsil
- D/S Təhsil
- Sertifikasiya
(Şəkil 2)