SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Bu xidmət vasitəsilə Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu mümkündür.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır. ( Şəkil 1)

Daha sonra açılan yeni səhifədə xidmətə keçid almaq tələb olunur (Şəkil 2)

Növbəti mərhələdə istifaəçinin Azərbaycan vətəndaşı və ya xarici vətəndaş olması seçilir. ( Şəkil 3)

Daha sonra istifadəçinin sənəd məlumatlarını daxil etmək tələb olunur. Əgər istifadəçi Azərbaycan vətəndaşıdırsa Ş/V-nin seriya nömrəsi və PİN-i, əcnəbi vətəndaşdırsa Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi nömrəsi və Etibarlılıq tarixi qeyd olunmalıdır. (Şəkil 4)

Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin, “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır.(Şəkil 5)

Açılan səhifədə aşağıdakı bölmələr doldurulmalıdır:

1.Şəxsi məlumatlar:

  • email
  • faktiki yaşadığı ünvan
  • xarici pasport nömrəsi
  • telefon nömrəsi

(Şəkil 6)

2. Ali təhsil haqqında məlumatlar: (şəkil 7)

  • ölkə
  • təhsil müəssisəsi
  • diplomun ekvivalentliyi barədə Təhsil Nazirliyinin Şəhadətnaməsinin qeydiyyat nömrəsi və qeydiyyat ili
  • fakultə
  • diplomun seriyası və nömrəsi
  • qəbul olduğu və bitirdiyi il
  • qeydiyyat nömrəsi
  • bitirdiyi il

Skan formaları: (Şəkil 8)

  • Diplom
  • Əmək kitabçası
  • Xarici passport
  • Şəxsiyyət vəsiqəsi
  • Sənədi (internatura, rezidentura və s.)
  • Şəhadətnamə

Əgər vətəndaş internatura, ordinatura və rezidentura keçibsə o zaman müvafiq xana işarələnir və açılan pəncərədə aşağıdakı xanalar doldurulur: (Şəkil 9)

  • ölkə
  • təhsil müəssisəsi
  • ixtisas
  • qəbul olduğu il
  • bitirdiyi il
  • sertifikatın nömrəsi
  • verilmə tarixi

Vətəndaşın keçdiyi kurs varsa o zaman müvafiq xana işarələnir və aşağıdakı xanalar doldurulur: (Şəkil 10)

  • registr kodu
  • şəhadətnamənin nömrəsi
  • kursa başlama tarixi
  • kursu bitirmə tarixi
  • şəhadətnamənin skan olunmuş forması (kompüterden yüklənilir)

Sonda istifadəçi “Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur. (Şəkil 11)

Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.

Удалось ли вам получить полезную информацию с этой страницы?

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.