Ümumi məlumat: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci bəndi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006- cı il 12 iyun tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi müayinə kartı” sisteminin tətbiqi qaydaları” əsasən Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların (obliqat qruplar) keçdiyi müayinələr və müayinələrin nəticələri haqqında məlumatların istifadəçilər tərəfindən tibbi müayinə kartı sistemindən əldə olunması üçün Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəsmi portalı sayılan e-health.gov.az saytından exidmətlər menyusunda Obliqat qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumatın verilməsi elektron xidməti yaradılmışdır
Xidmətin istifadə qaydaları: Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına egov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Obliqat qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumatın verilməsi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Açılan səhifədə iki bölmə yerləşdirilimişdir:
- Müayinə normativləri
- Keçdiyi müayinələr
Müayinə normativləri bölməsində ilkin müayinələr və dövrü müayinələrin siyahısı yerləşdirilmişdir.
Keçdiyi müayinələr bölməsində şəxsin cari tarixə qədər keçdiyi müayinələr haqqında məlumat yer alır. Burada vətəndaş aşağıdakı məlumatları əldə edə bilər:
- Müayinə adı
- Müayinə tarixi
- Müayinə tipi
- Müayinə nəticəsi