Bu xidmət tibbi müayinədən keçmiş şəxslər tərəfindən tibbi arayışların elektron formada əldə edilməsindən ibarətdir. Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Tibbi arayışların elektron registrindən məlumatların verilməsi” elektron xidmətini seçmək lazımdır. ( Şəkil 1)
Növbəti mərhələdə açılan səhifədə 2 menyu təqdim edilib: Arayışların tarixçəsi Arayışların yoxlanması (Şəkil 2)
Arayışların tarixçəsi pəncərəsində sistem sizə arayışlarınızın siyahısını verəcəkdir. Buradan siz arayışınızı Yüklə düyməsini klikləməklə yükləyə bilərziniz. (Şəkil 3)
Arayışların yoxlanması pəncərəsində aldığınız arayışları yoxlamaq mümkündür. Bunun üçün müvafiq menyunu seçib açılan pəncərədə arayışınızın nömrəsini və sistemin verdiyi şəkildəki rəqəmi daxil edib axtar düyməsi vurulur. (Şəkil 4)
Yüklənmiş pəncərədə tibbi arayışınız cədvəldə əks əks olunucaq. Arayışınıza baxmaq üçün Baxış düyməsinə klikləyin.