Bu xidmət vasitəsilə Rentgen kabinetinin istismarına icazə verən sanitariyaepidemioloji rəyin verilməsi üçün elektron müraciət etmək olar.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin esehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)

Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. (şəkil 2)

İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır. “Yeni ərizə” bölməsinə daxil olduqda açılan pəncərədə istifadəçi fiziki və ya hüquqi şəxs olması barədə məlumat verməlidir. (Şəkil 3)

Yeni ərizə” bölməsinə daxil oduqda açılan pəncərədə istifadəçi bölməsində aşağıdakı xanalar doldurulmalıdır:

1. Şəxsi məlumatlar

  • Yaşayış ünvanı
  • Fəaliyyət ünvanı
  • Telefon nömrələri
  • Digər əlaqə vasitələri
  • Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

2. Obyekt haqqında məlumatlar

  • Layihəsi baxılan obyektin təyinatı

3. Tibbi müayinədən keçməyiniz haqqında məlumat

(Şəkil 4)

Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.

Növbəti mərhələdə aşağıdakı sənədlərin elektron formada surətini“Yüklə” düyməsindən istifadə etməklə yükləməlidir. (Şəkil 5)

1. aparatların texniki pasportunun elektron formada surətini,

2. istehsalçıdan giriş qapıları və baxış pəncərəsi şüşəsinin radiasiya şülarından mühafizə olunmasını təsdiq edən sənədin elektron formada surətini,

3. müraciət edən təşkilat tərəfindən radiasiya təhlükəsizliyi üzrə cavabdeh şəxsin təyini barədə əmrin elektron formada surətini

4. Tikinti və layihəni işləyən təşkilatdan örtülü işlərin (radiasiya şüalarından müdafiə məqsədilə baritləmə, elektrik-torpaqlama, havalandırma sistemi) aparılması barədə aktların elektron formada surətləri

Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur.

Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir

Удалось ли вам получить полезную информацию с этой страницы?

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.